Hakimiyyət fövqəladə vəziyyətə, müxalifət yeni nümayişlərə hazırlaşır
Bizi izləyin

Dünya

Hakimiyyət fövqəladə vəziyyətə, müxalifət yeni nümayişlərə hazırlaşır

iclasda paytaxt Kiyevdə fövqəladə vəziyyətin tətbiq olunması məsələsinə baxılacaq.

Yanvar ayının 23-də Ukrayna parlamentinin növbədənkənar iclasının keçirilməsi planlaşdırılır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, iclasda paytaxt Kiyevdə fövqəladə vəziyyətin tətbiq olunması məsələsinə baxılacaq.

Məlumata görə, fövqəladə vəziyyətin tətbiq olunması xahişi ilə Luqansk vilayət şurası müraciət edib.

Rəsmi Kiyev fövqəladə vəziyyəti tətbiq etməyə hazırlaşdığı bir vaxtda müxalifət yeni nümayişlərə hazırlaşır. “Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk Milli Müqavimət Qərargahında bütün ukraynalıları Kiyevə gələməyə çağırıb. “Sabah milyonlarla ukraynalını Kiyevə gəlməyə, təntənəli yürüşdə iştirak etməyə və Xalq Radasını yaratmağa çağırırıq", - O.Yasenyuk deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm