Dünya
Abramoviçin rəfiqəsi irqçilikdə günahlandırılır - FOTO
Milyarder Roman Abramoviçin rəfiqəsi Darya Jukova Rusiyanın `Buro 24/7 online` jurnalına verdiyi müsahibə zamanı yayılan şəkillər Britaniya mətbuatının narazılığına səbəb olub.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, şəkillərdə “Qaraj” müasir incəsənət muzeyinin direktoru və eyni adlı jurnalın baş redaktoru Darya Jukovanın yarıçılpaq və qolubağlı qaradərili qadın formasında hazırlanan kresloda əyləşdiyi görünür.
The Huffington Post yazır ki, interyerin maraqlı nümunəsi olan
kreslonu pop-art janrında rəsmlər çəkən Allen Cons 1969-cu ildə
yaradıb. Lakin bir çox ingilis mətbuat orqanları şəklin qaradərili
qadınları alçaltdığını düşünürlər.
“Ağdərili qadının üstünlüyünün açıq-aşkar təqdim olunması digər
irqlərin nümayəndələrinin şəxsiyyətini təhqir edir. İncəsənət və
moda irqçiliyin yaradıcılıq üzərində üstünlük qazandığı
sahələrdir”- deyə populyar moda nəşrinin baş redaktoru Kler Salmers
bildirib.
Sosial şəbəkələrdəki tənqid dalğasından sonra Buro 24/7 jurnalı
şəkilin narazılıq doğuran hissəsini kəsib. Darya Jukova isə hələ də
irqçilik ittihamlarına cavab verməyib.
Bundan öncə, Amerika müğənnisi Madonnanın İnstagram səhifəsində
paylaşdığı yazı qalmaqal yaratmışdı. Xatırladaq ki, yanvarın 17-də
məşhur müğənni boksla məşğul olan 13 yaşlı oğlu Rokkonun fotosunu
mikrobloqunda yerləşdirərək səkilə şərh yazmışdı: `Anan səni
nokauta göndərəcəyinə söz verir, nigger`. Bu yazı internet
istifadəçilərinin ciddi etirazına səbəb oldu. Çünki müğənnini
işlətdiyi `nigger` ifadəsi ABŞ və Avropa ölkələrində rasist ifadə
sayılır. Müğənni tezliklə şərhi sildi və bu hadisəyə görə sadə
vətəndaşlardan üzr istədi.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO