Dünya
İslamın sonu, Avropanın ölümü, NATO-nun süqutu - KABUS YAXINLAŞIR
Bu il seçkilər keçiriləcək dünyanın iri dövlətlərində -
Fransa, Hollandiya, Almaniya və İtaliyada radikal sağçıların
reytinqi çox yüksək qiymətləndirilir.
Publika.az xəbər verir ki, Fransada ilkin nəticələr “Milli
Cəbhə”nin lideri Marina Le Penin prezident seçkilərinin ilk
turundan qalib çıxacağını göstərir.
Rəy sorğusuna görə, Le Pen ilk turda 26 faiz səslə ilk sırada yer
alacaq. Fransa tarixində radikal sağçılar ilk dəfədir ki, bu qədər
yüksək reytinqə malikdirlər.
Le Pen Fransanın NATO və Avropa İttifaqından çıxmasının
tərəfdarıdır.
Müstəqil namizəd Emmanuel Makronun isə ilk turda 23 faiz səslə
ikinci sırada yer alacağı gözlənilir.
“En Marce - Yürüş” hərəkatının lideri olan keçmiş iqtisadiyyat
naziri Makron dünən bəyan edib ki, Fransa vaxtilə etdiklərinə görə
Əlcəzairdən üz istəməlidir.
Adı korrupsiyada hallanan mərkəz sağçıların namizədi François
Fillonun isə ilk turda mübarizədən kənarlaşdırılacağı ehtimal
edilir.
Fransada prezident seçkilərinin ilk turu 23 apreldə
keçiriləcək.
Sorğunun nəticələrində qeyd olunur ki, Le Pen və Makron ikinci tura
keçəcək. İkinci turda Makron 62 faiz səs toplayacaq və Le Peni
məğlub edəcək.
Hollandiyada isə irqçi və islamofob Geert Vildersin reytinqi
yüksəkdir. Sorğulara görə, Azadlıq Partiyasının lideri Vilders
gələn ay keçiriləcək parlament seçkilərində ən azı 30 mandat
qazanacaq.
Vilders Hollandiyada məscidlərin bağlanılmasını tələb edir və
həmçinin, o, İslamı nasistlərlə müqayisə edən radikal fikirlər
səsləndirir.
Almaniya və İtaliyada da vəziyyət radikal sağçıların
xeyrinədir.
Qeyd edək ki, bu ölkələrdə sağçılar hakimiyyətə gələrsə, bu,
“Brexit”dən sonra zəifləyən Avropa İttifaqının süqutu deməkdir.
Ekspertlər ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra
Avropadakı radikal sağçıların gücləndiyini deyirlər. Buna səbəb isə
Trampın Avropa İttifaqına və NATO-ya qarşı çıxışlar etməsidir.
Asif
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO