Dünya
“Yeni SSRİ”yə daha bir ölkə daxil olur
Moldova və Avrasiya İqtisadi Komissiyası apreldə əməkdaşlıq haqqında çərçivə razılaşmasını imzalayacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moldova prezidenti İqor Dodon “Rossiya 24” telekanalına bildirib.
Onun sözlərinə görə, Kişinyov Moldovanın yaya qədər Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu əldə edəcəyinə ümid edir.
Qeyd edək ki, Moldovanın yeni prezidenti İqor Dodon ilk xarici səfərinin bu ilin yanvar ayında Moskvaya edib. O, həmkarı Vladimir Putinlə görüşdən sonra Moldovanın Avrasiya İqtisadi İttifaqına (KİV təşkilatı bəzən də “Yeni SSRİ” adlandırır –red.) üzv olmaq niyyətini ifadə edib.
2015-ci il yanvarın 1-dən işləyən Avrasiya İqtisadi İttifaqına hazırda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Ömər Dağlı
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı