“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB
Bizi izləyin

Dünya

“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB

Cəfəri Türkiyənin Suriya sərhədlərini pozduğunu iddia edib.

“Türkiyə əsgərlərini dərhal Suriyadan geri çəksin”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu tələbi Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri səsləndirib.

Cəfəri Türkiyənin Suriya sərhədlərini pozduğunu iddia edib.

Qeyd edək ki, Türkiyə ordusu 2016-cı il avqustun 24-də Suriyanın şimalına keçərək “Fərat Qalxanı” hərəkatına başlayıb. Hərəkat nəticəsində Türkiyə sərhədləri İŞİD terror təşkilatından təmizlənib. Türkiyə ordusu və Azad Suriya Ordusu son olaraq iki gün əvvəl İŞİD-in Suriyada əsas dayaqlarından biri olan Əl-Bab şəhərinə nəzarəti təmin edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm