Dünya
Tillerson Rusiya ilə hərbi əməkdaşlığın şərtini açıqladı
ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünü dilə gətirib.
Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi diplomatik mənbəyə istinadən bildirib.
Dövlət katibi belə bəyanatla Suriya prezidenti Bəşər Əsədə qarşı çıxan dövlətlərin nümayəndələri ilə danışıqlar zamanı çıxış edib. Mənbə qeyd edib ki, Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünün əsas səbəbi Rusiyanın bütün Suriya müxalifətinin terrorçu kimi tanımasıdır.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında Rusiya və ABŞ atəşin dayandırılması və əməliyyatların koordinasiyasını nəzərdə tutan Suriya üzrə planı uyğunlaşdırıb. Amma bir ay sonra Vaşinqton əməkdaşlığın dayandırıldığını elan edib.
Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Moskvaya görə, bu öhdəliklərdən biri də terrorçularla loyal müxalifət arasında hüdud qoyulması ilə bağlı idi. Amma Rusiya və ABŞ Suriyada kimin terrorçu, kimin loyal müxalifət olduğuna dair ümumi fikrə gələ bilməyiblər.
Ömər Dağlı
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ