Şantaj etmək üçün prezidentin telefon danışıqlarını izlədi
Bizi izləyin

Dünya

Şantaj etmək üçün prezidentin telefon danışıqlarını izlədi

Kolumbiyanın hakim orqanları prezident Xuan Manuel Santosun telefon danışıqlarını izləyən mərkəz tapıb.

Prezidentin telefon danışıqlarını dinləyən mühəndis, Kolumbiya hökuməti ilə Kubada dislokasiya olan ölkənin inqilabçı partizan qüvvələri arasındakı danışıqları izləyib.

Məlumat verilir ki, saxlanılmış Fernando Andres Sepulveda prezidenti şantaj məqsədi ilə güdüb. O, gizli ofisdən prezidentin telefon danışıqlarını dinləyib və Kolumbiyanın milli ordusunun mətbuat katibinin elektron poçtunu oxuyub. O, əldə edilmiş məlumatları satmaq niyyətində olub. Mühəndis şpionluqda günahlandırılaraq həbs edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm