Mosulun bir neçə kəndi azad olundu - YENİLƏNİB
Bizi izləyin

Dünya

Mosulun bir neçə kəndi azad olundu - YENİLƏNİB

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

İraq ordusu Mosulun qərb hissəsinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına başlayıb.

Bu barədə İraq baş naziri Heydər əl-Abadi bildirib.

Əl-Abadinin sözlərinə görə, əməliyyatda əsas məqsəd yerli sakinləri terrorçulardan xilas etməkdir

10:37

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

Publika.az-ın məlumatına görə, bunu bu gün İraqın baş naziri Heydər əl-İbadi bəyan edib.

Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm