ABŞ Polşaya yenə hərbçilər və texnika göndərir
Bizi izləyin

Dünya

ABŞ Polşaya yenə hərbçilər və texnika göndərir

Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək.

Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək.

Publika.az report-a istinadən xəbər verir ki, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz Tvitter mikrobloqunda məlumat yayıb.

"ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm