Dünya
Britaniyada TERROR XƏBƏRDARLIĞI - Qadınlar və uşaqlar tərəfindən
Böyük Britaniyanın kəşfiyyat orqanları ölkədə qadın və uşaqlar tərəfindən təkbaşına terror aktı törədilməsi təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq edib.
Publika.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Mail" qəzeti kəşfiyyat orqanlarının hesabatına istinadən məlumat yayıb.
Jurnalistlərin əldə etdiyi sənəddə qeyd edilib ki, İŞİD terror təşkilatının hərbi məğlubiyyətləri fonunda Suriyadan Böyük Britaniyaya qayıdan qadın və uşaqlar tərəfindən terror aktı törədilməsi təhlükəsi artır. Kəşfiyyat məlumatlarına əsasən, Böyük Britaniyanın 850 vətəndaşı Suriya və İraqa gedib və onların əksəriyyəti İŞİD terror təşkilatının sıralarına qoşulub.
Onların yarıdan çoxu da artıq Böyük Britaniyaya qayıdıb. Hazırda Suriya və İraqda İŞİD-in nəzarətində olan ərazilərdə qalanların da 80 nəfəri qadın, 90 nəfəri isə uşaqdır. Sənəddə Böyük Britaniyadan getmiş qadınların İŞİD-in xüsusi hərbi düşərgələrində hazırlıq keçdikləri də qeyd edilib.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA