Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"
Bizi izləyin

Dünya

Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"

Yeni raketlər hazırlanır.

Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.

Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan "Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.

"Onlardan ("Voyevoda" raketlərindən - qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir", - deyə o bildirib.

"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir", - deyə Roqozin bildirib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm