Kiyevdə TOQQUŞMA
Bizi izləyin

Dünya

Kiyevdə TOQQUŞMA

Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.

Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.

Publika.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.

Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.

Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm