Kiyevdə toqquşmalar zamanı deputat döyüldü - - FOTO
Bizi izləyin

Dünya

Kiyevdə toqquşmalar zamanı deputat döyüldü - - FOTO

Kiyevdə toqquşmalar zamanı deputat döyüldü.

Ukraynanın paytaxtı Kiyevin mərkəzində toqquşmalar zamanı xalq deputatı Yeqor Sobolyev döyülüb.

Publika.az xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

"Prezident Poroşenko və daxili işlər naziri Avakovu təbrik edirəm. Bankovaya ərazisinə bir neçə min hüquq mühafizəçisi cəlb ediblər. Bu cənablar işğal altında olan ərazilərlə ticarətə qarşı çıxan insanların mitinqini dağıtmağa, bəzilərini tutmağa, bir qismini xəstəxanalıq etməyə, ən əsası isə bizim Bankovaya və İnstitutski tinlərində qurmaq istədiyimiz çadırları dağıtmağa müvəffəq oldular", - deyə o yazıb.

"Nə deyəsən? Kim bizimlədir, kim anlayır ki, bunu daha belə qoymaq olmaz, gəlsin. Kim indi gecə vaxtı gələ bilmirsə, sabah saat 19:00-da sütunun altında onu gözləyirik", - deyə Y. Sobolyev əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm