Rusiyanın “xoş niyyət”inə NATO və Ukrayna inanmadı
Bizi izləyin

Dünya

Rusiyanın “xoş niyyət”inə NATO və Ukrayna inanmadı

Rusiyadan “xoş niyyət”inə NATO və Ukrayna inanmadı

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının başlandığı 2013-cü ilin noyabr ayından bu yana ilk dəfə Qərbi razı sala biləcək bir addım atıb.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Putin 11 May tarixində Ukraynanın şərqində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun təxirə salınmasına çağırış edib.

Rusiya prezidenti həmçinin Ukrayna sərhədindəki hərbi birliklərin də geri çəkildiyini açıqlayıb.

Referendumun təxirə salınması barədə çağırışının Kiyev rəhbərliyinin tanınması anlamına gəlmədiyini vurğulayan Putin yaşananların dövlət çevrilişi ilə hakimiyyətə gələn yeni rəhbərliyin günahkar olduğunu bildirib. “Böhrandan çıxış üçün bu xuntaya Ukraynanın şərqindəki hərbi əməliyyatları dayandırılması çağırışı edirəm”, - Putin söyləyib.

NATO isə rus hərbi birliklərin Ukrayna sərhədindən geri çəkilməsini müşahidə etmədiyini açıqlayıb. “Biz Rusiya qoşunlarının geri çəkildiyini göstərən heç bir əlaməti görmədik. Buna görə də Rusiyanı qoşunlarını geri çəkməyə, beynəlxalq öhdəlikləri yerinə yetuirməyə, separatçılara dəstəyini dayandırmağa çağırırıq”, - NATO-nun baş katibi bildirib.

Ukrayna da Rusiya prezidentinin bəyanatından razı qalmayıb. Xarici İşlər Nazirliyi Putinin bəyanatının məzhəkə adlandırıb. Yayılan açıqlamada bildirilir ki, Rusiya prezidentinin son bəyanatı Ukrayna böhranının həllində yaxşı niyyətin təzahürü deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm