“Biz hələ 2004-2005-ci illərdə...” - Putinin icra olunmayan İLHAQ PLANI
Bizi izləyin

Dünya

“Biz hələ 2004-2005-ci illərdə...” - Putinin icra olunmayan İLHAQ PLANI

“Biz anlayırdıq ki, Rusiyaya qayıdış üçün son imkanı da itirə bilərik”.

“Sevastopol “rus baharı”ndan daha əvvəl - 2014-cü ilə qədər Rusiyanın tərkibinə girmək istəyirdi”.

Publika.az xəbər verir ki, bunu Sevastopol Şəhər Şurasının deputatı Aleksey Çalıy SİTA agentliyinə müsahibəsində deyib.

“Demək olar ki, uyğun vəziyyətlər bir neçə dəfə yaranmışdı. İlk dəfə 2004-2005-ci illərdə “Narıncı inqilab”la əlaqədar çevrilişə hazırlaşırdıq. Amma bu baş vermədi”, - o bildirib.

Onun sözlərinə görə, eyni kritik dövr 2008-ci ildə - Rusiya-Gürcüstan müharibəsi zamanı yaranmışdı:

“Ukrayna prezidenti Viktor Yuşenko Rusiya hərbi donanmasının Sevastopoldakı bazasına buraxmamaq barədə komanda verdi. Donanmanı şəxsi bazasına buraxmamaq müharibə elanına yaxın səviyyədə təxribatdır. Həmin vaxt şəhər hakimiyyətinin tutulmasına hazırlaşırdıq. Amma alınmadı”.

Çalıy vurğulayıb ki, 2014-cü ildə hər şey alındı.

“Biz anlayırdıq ki, Rusiyaya qayıdış üçün son imkanı da itirə bilərik”, - deputat əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm