Dini təhqir edən bloggerə 1000 şallaq və 10 il həbs cəzası -Foto
Bizi izləyin

Dünya

Dini təhqir edən bloggerə 1000 şallaq və 10 il həbs cəzası -Foto

Səudiyyə Ərəbistanın məhkəməsi blogger Raif Bədəvini internetdə liberal forum yaratmaqda və “islamı təhqir” etməkdə suçlayaraq 10 il həbs cəzası kəsib.

Qeyd olunur ki, bloggeri həmçinin 1000 şallaq və 1 milyon rial (266 min dollar) cərimə cəzası da gözləyir. Bildirilir ki, Bədəvi forumda Səudiyyə Ərəbistanının dini polisi və din nümayəndələrini tənqid edib.

Xatırladaq ki, Bədəviyə əvvəlcə ölüm cəzası verilmişdi, lakin “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının rəyi ilə dövlət strukturları qərarını dəyişib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm