Panamada zəlzələ oldu
Bizi izləyin

Dünya

Panamada zəlzələ oldu

Panamada güclü zəlzələ olub.

Panamada güclü zəlzələ olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Panama Universitetinin Torpaq Tədqiqatı İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, zəlzələ 5,5 bal gücündə olub. Yeraltı təkanların episentri Panama körfəzində qeydə alınıb.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir. "La Estrella de Panama" portalının məlumatına görə, zəlzələ ilə əlaqədar yerli metronun xəbərdarlıq siqnalı işə salınıb. Bunun nəticəsində sərnişinlər təcili təxliyə ediliblər.

Eyni zamanda ölkə paytaxtının sakinləri yaşayış binalarını, işçilər ofisləri tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm