Prezident oğluna hamının qarşısında NƏSİHƏT VERDİ - - VİDEO
Bizi izləyin

Dünya

Prezident oğluna hamının qarşısında NƏSİHƏT VERDİ - - VİDEO

Prezident oğluna nəsihət verdi.

Tacikistan prezidenti Emomali Rahmon oğlu Rustam Emomalini Düşənbə şəhərinə mer təyin edib.

Publika.az xəbər verir ki, yeni merin təqdimat mərasimində ata oğluna 5 nəsihət verib. Tacikistan prezidentinin mətbuat xidmətinin yaydığı videoçarxda yer alan həmin nəsihətlərini təqdim edirik.

1. Həmişə tələbkar ol. Verdiyin tapşırıqların yerinə yetirilməsinə nəzarət et.

2. Sən çox cavansan. Sənin yaşında mən sovxoz direktoru idim. Sən imkanlısan. Heç kəsin hünəri çatmaz sənə təzyiq etsin. Heç kim sənə kimisə işə götürməklə bağlı göstəriş verə bilməz. Buna görə də mən məhz səni təyin etdim. Başqasını bu vəzifəyə qoymazdım.

3. Qiymətləri aşağı sal. Xalqı layiqli iş yerləri ilə, nəqliyyat və elektriklə təmin elə.

4. Tabeçiliyində olanlarla kobud danışma. Onlarla mədəni danış.

5. Biznesmenlərin evində yemək yemə. Restoranlara getmə. Fəhlələrin, qocaların, dulların evinə get. Onlar səni evlərindəki ən dadlı nemətlərə qonaq etməkdən şad olacaqlar. Şəhər rəhbərinə evlərində süfrə açmaqla fəxr edəcəklər. (Sputnik Azərbaycan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm