Ermənistan XİN rəhbəri Moskvaya gedir
Bizi izləyin

Dünya

Ermənistan XİN rəhbəri Moskvaya gedir

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.

Publika.az xəbər verir ki, səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm