DƏHŞƏTLİ OLAY: atası qızını evdə zəncirlədi, kamaz sürücüləri dəfələrlə ONU ZORLADI
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ OLAY: atası qızını evdə zəncirlədi, kamaz sürücüləri dəfələrlə ONU ZORLADI

Atası qızını evdə zəncirlədi, kamaz sürücüləri dəfələrlə ONU ZORLADI

İzmirdə şizofreniyadan əziyyət çəkən 22 yaşlı gənc qız ailəsi tərəfindən bir otağa salınaraq zəncirlə bağlanıb.

Publika.az
xəbər verir ki, adı tam açıqlanmayan qızın ailəsi bunu “xəstə olan övladlarının başqalarına zərər verməməsi üçün” ediblər.

Qız 2016-cı ilin 8 sentyabrında o zəncirləri açaraq, evdən qaçıb. Lakin zəncirin bir hissəsi qızın ayağında qalıb. Ailə qızlarının qaçması ilə bağlı polisə xəbər veriblər.

Qız evlərinin yaxınlığında kamaz sürücüsü olan olan 54 yaşlı A.K. və 30 yaşlı T.S. (ad və soyadlar tam açıqlanmır - red.) qarşılaşır. Sürücülər qızı kömək etmək adı ilə aldadaraq, evlərinə aparır və zorlayırlar.

İki gün ərzində zorlanan qız sürücülər evdə olmayanda pəncərəyə yaxınlaşır və qışqıraraq kömək istəyir. Evin önündən keçən ehtiyatda olan bir zabit polisə xəbər verir. Polis əməkdaşları evə gələrkən, qızı yarıçılpaq halda tapırlar. Qızı zorlayan sürücülər həbs edilir.

Polis qızı ailəsinə təslim etmək istəsə də, valideynlər onu qəbul etmirlər. Buna səbəb isə qızın qardaşlarının namuslarının ləkələndiyinə görə bacılarını öldürmək istəyidir. Buna görə də valideynləri polisdən qızlarını qorumağı istəyir.

Qız Ailə və Sosial Siyasət Nazirliyinin himayəsinə alınıb və gizli yerə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm