Dünya
Sabiq məsləhətçi: “Putin daha bunu edə bilməyəcək”
“Kreml Odessa, Xarkov və Ukraynanın başqa şəhərlərində ərazilərin tutulması məqsədi ilə diversiya əməliyyatlarını həyata keçirməyə çalışmayacaq. Bunun üçün vaxt artıq həmişəlik keçdi”.
Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi Andrey İllarionov deyib.
“Vaxtaşırı hansısa iyrənc şeyləri etmək, terror aktları həyata keçirmək olar. Amma ərazilərin tutulması məqsədi ilə genişmiqyaslı əməliyyatlar və hərbi nəzarətin təmin edilməsi üçün vaxt həmişəlik getdi. Putin bu cür əməliyyatları 2014-cü ilin martında, aprelində və mayında keçirə bilərdi. İndi artıq gecdir”, - deyə İllarionov bildirib.
Andrey İllarionov müsahibədə həmçinin vurğulayıb ki, “rus baharı” Donbas və cənub regionlarınin sakinləri tərəfindən geniş dəstəklənmədiyi üçün Rusiya prezidenti Vladimir Putin Krımın zəbtindən sonra Ukraynaya birbaşa müdaxiləyə qərar vermədi.
O vurğulayır ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbi qulluqçunun cəmlənməsi Putinin şantajıdır.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA