Ərdoğanın şəklinin qabağında namaz qıldılar - Foto
Bizi izləyin

Dünya

Ərdoğanın şəklinin qabağında namaz qıldılar - Foto

Hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib

Gördüyünüz bu foto "fotoşop"da düzəldilməyib. Bu hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib. Türkiyədə baş verən son olaylardan sonra Ərdoğana sevgilərini göstərmək üçün qeyr-adi sözlər deyən, hərəkətlər edən AKP tərəfdarları indi də bu yola əl atıblar.

İslam dininin fotonun qarşısında namaz qılmağı və hər hansı ibadət etməyi qadağan etməsinə baxmayaraq 30-a yaxın AKP tərəfdarı yığışaraq Ərdoğanın Kahramanmaraş şəhərində qoyulmuş şəklinin qabağında namaz qılıblar. Onlar, bu yolla Ərdoğana sevgilərini göstəriblər.

Bundan öncə Ərdoğanın Trabzona səfəri zamanı onu kəfənlə qarşılayanlardan sonra onun şəklinin qarşısında namaz qılanlar baş naziri daha çox sevdiklərini bildiriblər.

Qeyd edək ki, bu foto Türkiyədə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Onu da xatırladaq ki, ötən ilin may ayında Türkiyədə Ərdoğan və hökumət əleyhinə mitinqlərə cavab mitinqi keçirən AKP tərəfdarları Ərdoğana sevgilərini göstəkmək üçün canlı yayımda özlərini aşağılamış, ağıza alınmayacaq sözlər demişdilər. /“Etatist.com”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm