Marixuananın becərilməsinə icazə verildi - Niderlandda
Bizi izləyin

Dünya

Marixuananın becərilməsinə icazə verildi - Niderlandda

Qanun layihəsini 77 deputat dəstəkləyib.

Niderland parlamentinin aşağı palatası marixuananın dövlət nəzarəti ilə becərilməsinə icazə verən qanun layihəsini dəstəkləyib.

Publika.az xəbər verir ki, qanun layihəsini 77 deputat dəstəkləyib, 72 parlamentari isə “əleyhinə” səs verib. Beləliklə, marixuananın leqal satışı ilə məşğul olan “kofeşop”lar (müştərilərin marixuananı sərbəst şəkildə əldə edib, istifadə edə biləcəyi kafelər) narkotik vasitəni qanuni tədarükçülərdən əldə edə biləcək.

Qanun layihəsinin parlamentin yuxarı palatasında səsverməyə çıxarılacağı gözlənilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm