Yanukoviç Moskvadan Kiyevi təhdid etdi
Bizi izləyin

Dünya

Yanukoviç Moskvadan Kiyevi təhdid etdi

"Minsk razılaşmaları Kiyev tərəfindən yerinə yetirilməyəcəyi halda, Donbasın statusu üzrə referendum keçirilməlidir".

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkənin şərqində münaqişənin nizama salınması üzrə bir sıra ölçüləri təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Yanukoviç bu haqda ABŞ, Rusiya, Polşa, Almaniya və Fransa liderlərinə açıq məktubunda yazıb.

Onun sözlərinə görə, Minsk razılaşmaları Kiyev tərəfindən yerinə yetirilməyəcəyi halda, Donbasın statusu üzrə referendum keçirilməlidir.

Viktor Yanukoviç hazırda Rusiyada yaşayır. O, zaman-zaman Donbas münaqişəsi ilə bağlı Moskvanın xeyrinə olan bəyanatlarla çıxış edir.

Qeyd edək ki, Rusiya Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsini tələb edir. Kiyev isə buna qarşıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm