Kiyevdə YENİ MAYDAN: 20 min insan küçələrə çıxdı - - VİDEO
Bizi izləyin

Dünya

Kiyevdə YENİ MAYDAN: 20 min insan küçələrə çıxdı - - VİDEO

"Rusiya xüsusi xidmət orqanları vəziyyəti pozmaq və Ukraynada etiraz fəallığını yüksəltmək cəhdlərini dayandırmır".

Kiyevin mərkəzində Ukraynanın sabiq prezident Viktor Yanukoviçin ölkədən qaçmasının üçüncü ildönümünə həsr edilmiş marş başlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, aksiyaya “Azadlıq” Partiyası, Milli Korpus və “Sağ sektor” nümayəndələri qatılıb.

Agentliyin yazdığına görə, sözügedən təşkilatların təxminə 10 nümayəndəsi hakimiyyətə ultimatum verməyi planlaşdırırlar. Təşkilatçılar isə iddia edirlər ki, aksiyaya 20 min insan toplaşıb.

Marş iştirakçıları Prezident Administrasiyasının yanında dayanaraq orada konfet şəklində simvolik müraciət qoyublar. Sütun daha sonra Ali Radaya doğru hərəkət edib.

Azadlıq Partiyasının sədr müavini Andrey İlenko dünən parlamentdə brifinq zamanı bildirib ki, Ali Radanın qarşısında parlament, hökumət və prezidentə tələblərin irəli sürüləcəyi mitinq keçiriləcək.

Ukraynanın baş prokuroru Yuri Lusenko dünən bildirib ki, Rusiya Ukraynanın dövlət quruluşuna hücum elan edib. Onun sözlərinə görə, Moskva Ukrayna haqqında “ölkənin siyasi həyatına nəzarət etməyi bacarmayan dövlət” təəssüratı yaratmağa çalışır.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasiliy Qritsakın məlumatına görə, Rusiya xüsusi xidmət orqanları vəziyyəti pozmaq və Ukraynada etiraz fəallığını yüksəltmək cəhdlərini dayandırmır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm