Ermənistanın müxalifətindən AKSİYA QƏRARI
Bizi izləyin

Dünya

Ermənistanın müxalifətindən AKSİYA QƏRARI

Azadlıq meydanında yürüş-mitinq keçirəcək.

Ermənistanın müxalif partiyaları – Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası martın 1-i Yerevanın Azadlıq meydanında yürüş-mitinq keçirəcək.

Trend məlumat verir ki, aksiya 2008-ci ildə keçirilmiş etirazlar zamanı həlak olanların xatirəsinə həsr olunacaq.

Xatırladaq ki, 2008-ci ilin martın 1-2-i Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq genişmiqyaslı aksiyalar keçirilmişdi. Serj Sarkisyanın seçilməsinə etiraz edən aksiya iştirakçılarının polislə qarşıdurması zamanı 10 nəfər həlak olmuş, 200-dən çox adam yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm