ABŞ yaxın 4 il ərzində böyük müharibəyə cəlb ediləcək - SORĞU
Bizi izləyin

Dünya

ABŞ yaxın 4 il ərzində böyük müharibəyə cəlb ediləcək - SORĞU

Sorğuda bütün ölkə üzrə 18 yaşdan yuxarı 11,5 min insan iştirak edib.

Amerikalıların 66 faizi ən yaxın dörd il ərzində ABŞ-ın böyük müharibəyə cəlb ediləcəyindən narahatdlır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu NBC telekanalı və “Survey Monkey” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir.

Tədqiqata əsasən, 62 faiz amerikalı hesab edir ki, ABŞ öz müttəfiqlərinin maraqlarını nəzərə almalı və güzəştlərə getməlidir. Respondentlərin 34 faizi əmindir ki, Vaşinqton əsasən, özünün milli maraqlarının qayğısına qalmağa məcburdur.

Sorğu həmçinin göstərib ki, ABŞ vətəndaşlarının 80 faizi ölkənin NATO üzvü olmasına müsbət yanaşır, 15 faizi isə üzvlüyə qarşıdır.

Sorğu 13-19 fevral tarixlərində keçirilib. Sorğuda bütün ölkə üzrə 18 yaşdan yuxarı 11,5 min insan iştirak edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm