Güclü daşqın - Minlərlə insan evakuasiya olundu
Bizi izləyin

Dünya

Güclü daşqın - Minlərlə insan evakuasiya olundu

Şəhər rəhbərliyi əhalini daha təhlükəsiz rayonlara köçürməyə çalışır.

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri və ətraf məntəqələrin 14 min sakini güclü daşqınlar səbəbindən evakuasiya olunub.

Publika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət və dağıntılar barədə hələki məlumat verilmir.

Şəhər rəhbərliyi əhalini daha təhlükəsiz rayonlara köçürməyə çalışır. Sel səbəbindən federal magistrallardan biri bağlanıb.

ABŞ Milli meteoroloji xidmətinin proqnozuna görə, leysan yağışlar həftə sonu yenidən başlayacaq və daha bir neçə gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm