Son 2 ildə Ukraynada 10 mindən çox insan ölüb – BMT AÇIQLADI
Bizi izləyin

Dünya

Son 2 ildə Ukraynada 10 mindən çox insan ölüb – BMT AÇIQLADI

23 min nəfər yaralanıb, 1 milyon 800 min nəfər isə qaçqın vəziyyətinə düşüb.

Son iki ildə Ukraynada gedən döyüşlərdə 10 min nəfərdən çox insan həlak olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin açıqladığı hesabatda bildirilir.

BMT-nin hesabatına görə, son iki il ərazində Ukraynada gedən döyüşlərdə 23 min nəfər yaralanıb, 1 milyon 800 min nəfər isə qaçqın vəziyyətinə düşüb.

BMT son vaxtlar Ukraynada alovlanan yeni müharibə ilə bağlı da narahatlığını bildirib.

Hesabatda qeyd olunur ki, son vaxtlar Donbasda gedən döyüşlər nəticəsində ikinci Kırım münaqişəsi yarana bilər. Bu isə Ukraynada gedən döyüşlərdə ölən, yaralanan və qaçqın düşən şəxslərin sayını artıra bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm