Ukraynalı deputatın "oğurlanması" səhnələşdirilibmiş - - VİDEO
Bizi izləyin

Dünya

Ukraynalı deputatın "oğurlanması" səhnələşdirilibmiş - - VİDEO

Hüquq-mühafizə orqanlarının bölmələri hazırda fakt üzrə işləyirlər.

Aleksey Qonçarenkonun “oğurlanması”nın səhnələşdirildiyi ortaya çıxıb. Ali Radanın üzvü oğurlanmasının səhnələşdirilməsi üzrə xüsusi əməliyyatın təfərrüatlarını “Newsone”yə danışıb.

Deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları ona qabaqcadan xəbərdarlıq ediblər ki, separatçı qrup onu oğurlamağa hazırlaşır.

“Bu, xüsusi xidmət orqanlarımızın xüsusi əməliyyatı idi. Ağır cinayətlərin seriyasını planlaşdıran, həmçinin mənə ağır bədən xəsarətləri yetirməyə çalışan bütöv qrup saxlanılıb”, - Qonçarenko bildirib.

***

Ukrayna Ali Radasının “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Aleksey Qonçarenko oğurlanıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib.

Sarqanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının bölmələri hazırda fakt üzrə işləyirlər. Təfərrüatlar daha sonra açıqlanacaq.

“Baş prokuror Yuri Lusenko bildirib ki, Aleksey Qonçarenko işgəncə məqsədi ilə separatçılardan ibarət qrup tərəfindən oğurlanıb”, - “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Olqa Çervakova jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu informasiya hazırda yoxlanılır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm