“Qurani-Kərim”i yandıran şəxs həbs olundu
Bizi izləyin

Dünya

“Qurani-Kərim”i yandıran şəxs həbs olundu

4 aya qədər həbs və ya pul cəzası kəsilə bilər.

Danimarkanın tanınmış prokuroru Jan Reckendorff 2015-ci ildə evinin bağçasında “Qurani-Kərim” kitabını yandıraraq, videosunu çəkib sosial şəbəkələrdə yayan 42 yaşlı şəxsin həbs olunması barədə qərar çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxs dini təhqir etməkdə təqsirli bilinir.

Prokuror Jan Reckendorff deyib ki, hüquqda “İncil” və “Qurani-Kərim” kitabları müqəddəs olduğu üçün onların təhqir edilməsi yolverilməzdir.

Onun sözlərinə görə, “Qurani-Kərim” kitabını yandıran şəxsə 4 aya qədər həbs və ya pul cəzası kəsilə bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm