Səddamı sorğulayan agent: “Xomeyni kimi qayıtmaq istəyir”
Bizi izləyin

Dünya

Səddamı sorğulayan agent: “Xomeyni kimi qayıtmaq istəyir”

“Gülən hələ də Xomeyni kimi qayıtmaq üçün planlar qurur”

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən Xomeyni kimi dönmək üçün fürsət gözləyir.

Publika.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna İraqın keçmiş lideri Səddam Hüseyni sorğulayan agent kimi tanınan Con Nikson bildirib.

“Gülən hələ də Xomeyni kimi qayıtmaq üçün planlar qurur”, - deyə Nikson vurğulayıb.

O həmçinin bildirib ki, ABŞ Türkiyə kimi müttəfiq bir ölkədə hərbi çevriliş cəhdlərini dəstəkləməyəcəyini deyib. Con Nikson sadə amerikalıların Güləni tanımadığını, amma Türkiyədə Gülənin rejimə təhdid hesab edilməsini qəbul etdiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm