Türkiyə Suriya xəritəsini dəyişdi
Bizi izləyin

Dünya

Türkiyə Suriya xəritəsini dəyişdi

1900 kvadrat kilometrdən çox ərazi terror təşkilatlarından təmizlənib.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl-Bab mahalının mərkəzini ələ keçirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Əl-Babın ələ keçirilməsi ilə bölgədə xəritə də dəyişib.

Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə hazırda İŞİD-in yerləşdirdiyi minaları təmizləyir.

“Fərat Qalxanı” Hərəkatının 184-cü günündə 1900 kvadrat kilometrdən çox ərazi terror təşkilatlarından təmizlənib. Bununla da Türkiyə ordusu Suriyanın 35 kilometr dərinliyinə çatıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm