Qorbaçov müflis olub: villasını satışa çıxarıb, arağa qurşanıb - - FOTOLAR
Bizi izləyin

Dünya

Qorbaçov müflis olub: villasını satışa çıxarıb, arağa qurşanıb - - FOTOLAR

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Teqernze şəhərində villasını satışa çıxarıb.

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Teqernze şəhərində villasını satışa çıxarıb.

Publika.az “Süddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir ki, Teqernze gölünün sahilində yerləşən villanı Qorbaçov təxminən 10 il əvvəl alıb.

Üçmərtəbəli villanın sahəsi 600 kvadratmetrdir. Villanın bağçası ilə birlikdə ümumi sahəsi isə 2,6 min kvadratmetr təşkil edir. Ev 1908-ci ildə tikilib və yüz il sonra bərpa edilib.

Villanın satış qiyməti açıqlanmır, ümumi dəyər bir neçə milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, M.Qorbaçov SSRİ-nin ilk və sonuncu prezidenti olub. O, SSRİ-nin dağılmasına səbəb olan “yenidənqurma siyasəti” ilə yanaşı, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qırğınına imza atmaqla da tanınır. Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun əmri ilə Bakıya ağır texnika və qoşun yeridildi, yüzlərlə əliyalın, günahsız insan qətlə yetirildi.

SSRİ dağılandan sonra Qorbaçov Avropaya köçdü. Ona “xidmətlərinə” görə Nobel Sülh Mükafatı da verdilər. Uzun müddətdir Almaniyada yaşayır. 10 il öncə aldığı villasını satışa çıxarmasının səbəbi dəqiq bilinmir. Ehtimallara görə, Qorbaçovun ya pula ehtiyacı var, ya da böyük villada yaşamaq daha onun üçün çətinləşib.

Bəzi media qurumları isə iddia edirlər ki, o, müflis olub. Hər gün 2-3 şüşə araq içir, villasını da buna görə satır.

Villanın satılması xəbəri təxminən bir ay öncə “Exo Moskva” radiosunun jurnalisti Aleksey Venediktovun öz “mikrobloqu”nda yazdıqlarını xatırladır.

Jurnalist restoranda Qorbaçovla birgə əyləşdiyi masanın fotosunu paylaşaraq yazıb ki, 85 yaşlı keçmiş SSRİ lideri iki butulka arağı içib və bu, ona elə də təsir etməyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm