Kimya zavodunda partlayış - Ölənlər var
Bizi izləyin

Dünya

Kimya zavodunda partlayış - Ölənlər var

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Özbəkistanda kimya zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Özbəkistanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin şərqində, Fərqanə vilayətindəki azot gübrələri istehsal edən "Ferqanaazot" Səhmdar Cəmiyyətinin ammiak sexində baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb. Nazirlik hələlik ölənlərin sayını açıqlamayıb.

Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək, habelə zərərçəkənlərin ailələrinə yardım məqsədilə hökumət komissiyası yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm