"Xərçəng"dən əziyyət çəkən nazir vəfat etdi
Bizi izləyin

Dünya

"Xərçəng"dən əziyyət çəkən nazir vəfat etdi

Müalicəyə baxmayaraq, öz postunu tərk etməmişdi.

Avstriyanın səhiyyə və qadın məsələləri üzrə naziri Krisine Oberhauzer 53 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, 2015-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkməsini ictimaiyyətə açıqlayan K. Oberhauzer əməliyyat və müalicəyə baxmayaraq, öz postunu tərk etməmişdi. İxtisasca pediatr olan nazir 2014-cü ildən koalisiyalı hökumət tərkibində səhiyyə və qadın məsələləri sahələrinə rəhbərlik edirdi.

2018-ci ilin mayından etibarən qastronomiya obyektlərində tütün məhsullarından istifadənin qadağan edilməsi K. Oberhauzerin nazirlik dövründə əldə etdiyi ən böyük uğur kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm