Böyük Britaniyada “Doris kabusu"
Bizi izləyin

Dünya

Böyük Britaniyada “Doris kabusu"

8 minə yaxın ev işıqsız qalıb.

Böyük Britaniyada tüğyan edən “Doris” qasırğası bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb.

Trend-in məlumatına görə, Londonun Hitrou hava limanında onlarla reys təxirə salınıb.

Şotlandiyada iri avtomagistrallardan biri qar altında qalıb. Burada sürücülər yolu təmizləmək məcburiyyətində qalıb.

Şimali İrlandiyada 8 minə yaxın ev işıqsız qalıb.

Hidrometeoroloqlar yaxın günlərdə Şotlandiya ərazisində 30 santimetrədək qarın yağacağını proqnozlaşdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm