Prezidenti tənqid edən müxalifətçi tutuldu
Bizi izləyin

Dünya

Prezidenti tənqid edən müxalifətçi tutuldu

O, narkotiklərin qeyri-qanuni dövriyyəsində təqsirləndirilir.

Filippin polisi prezident Rodriqo Duterteni kəskin tənqid edən senator Leyla de Limanı həbs edib. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, o, narkotiklərin qeyri-qanuni dövriyyəsində təqsirləndirilir.

Həbs ərəfəsində L.Lima bildirib ki, o, günahsızıdır və ədalətin bərpa olunmasına nail olacaq.

Senatorun həbsi onun ofisində aparılıb. Senatora qarşı ittihamla Filippinin ədliyyə naziri ötən həftə çıxış edib.

71 yaşlı Rodriqe Duterte 2016-cı ilin yayında Filippin lideri seçilib. Prezident seçildikdən sonra onun narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı başladığı mübarizə nəticəsində artıq bir neçə min insan həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm