Türklərin aldığı kənddə PARTLAYIŞ: ən azı 60 ölü - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Türklərin aldığı kənddə PARTLAYIŞ: ən azı 60 ölü - YENİLƏNDİ

Susyan kəndində minalanmış avtomobillə partlayış törədilib.

"Anadolu" agentliyinin xəbərinə görə, hücumda 60 nəfər həyatını itirib, ən az 100 nəfər yaralanıb. Türkiyəyə gətirilən yaralıların sayı 40-dan çoxdur.

13:29***

Suriyada Əl-Bab şəhərinin yaxınlığında yerləşən Susyan kəndində minalanmış avtomobillə partlayış törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 35 nəfər həyatını itirib, 60-ı yaralanıb.

“Reuters”in xəbərinə görə, hücumun hədəfi kənddəki hərbi mərkəzlər və müxalifət gücləri olub.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəsi Qrupuna (SOHR) istinadən edən AFP agentliyi həyatını itirənlərin çoxunun suriyalı müxalifçilər olduğunu bildirib. “İhlas” (İHA) agentliyi isə partlayışda 45 nəfərin həyatını itirdiyini xəbər verib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu dünən Əl-Babın şəhər mərkəzinin əhəmiyyətli hissəsini nəzarəti altına alıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm