PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA
Bizi izləyin

Dünya

PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA

"Yalnız vertolyotları vurmurlar"

PKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, bu haqda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Tuncay Özkan deyib.

CHP-li millət vəkili PKK-da istiliyə həssas raketlərin olduğunu bildirib.

“Qəndildəkilərin hamısı Sincara getdi. PKK o bölgəni ələ keçirib. Doqquz düşərgəsinin olduğunu söyləyirlər. Həmin düşərgələrdə tank, yüngül zirehli texnika və daşınabilən istiliyə həssas raketlər var. Yalnız vertolyotları vurmurlar. Diyarbəkrdə bir F-16 qırıcımız vuruldu. Onu vuranın PKK olduğunu və daşınabilən istiliyə həssas raketlə vurulduğunu dünya mətbuatı yazdı”, - deyə Tuncay Özkan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm