Kürd liderdən əvvəl xahişi gəldi: “Ərdogan cəsur...”
Bizi izləyin

Dünya

Kürd liderdən əvvəl xahişi gəldi: “Ərdogan cəsur...”

Prezident Ərdoğan cəsur bir siyasətçidir.

Sabah Türkiyəyə səfəri nəzərdə tutulan Şimali İraq Kürd muxtariyyətinin başçısı Məsud Bərzani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğanı cəsur bir siyasətçi adlandıran kürd lider sülh prosesi üçün Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş və yoldaşlarının sərbəst buraxılmasını istəyib.

“Ərdoğan güclü bir duruş sərgiləyərək kürdlərlə türkləri sülh prosesi ilə birləşdirməyə çalışan tək siyasətçi olmaq istədi. Ancaq, təəssüf ki, Türkiyədə yeni proseslər yarandı. Prezident Ərdoğan cəsur bir siyasətçidir. Sülh prosesi üçün HDP-nin həmsədri Səlahattin Demirtaş və digər millət vəkillərinin sərbəst buraxılması lazımdır”, - deyə Bərzani bildirib.

İraqlı kürdlərin müstəqilliyin tərəfdarı olduğunu deyən Bərzani buna İran və Türkiyənin qarşı olmasına münasibət bildirib: “Referendum bizim təbii haqqımızdır. Bu mövzu, Bağdadla aramızdakı məsələdir. Məsələnin İran və Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Referendumu keçirmək üçün heç kimin icazəsinə ehtiyacımız yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm