Zəncirvari qəzada 19 nəfər yanaraq öldü
Bizi izləyin

Dünya

Zəncirvari qəzada 19 nəfər yanaraq öldü

Meyitlər şəxsiyyətləri müəyyənləşdirmək üçün tibbi ekspertizaya göndərilib.

Perunun şimali-qərbində dəhşətli yol qəzası baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Truxilyo şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük maşını mikroavtobus və motosikletə çırpılıb.

Toqquşmadan sonra baş verən partlayış nəticəsində 19 nəfər yanaraq ölüb. Meyitlər şəxsiyyətləri müəyyənləşdirmək üçün tibbi ekspertizaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm