ABŞ-da jurnalistləri Ağ Evin brifinqinə buraxmadılar
Bizi izləyin

Dünya

ABŞ-da jurnalistləri Ağ Evin brifinqinə buraxmadılar

CNN-dən başqa “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Məlumata əsasən, CNN-dən başqa “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm