Pelenin oğlu həbs edildi
Bizi izləyin

Dünya

Pelenin oğlu həbs edildi

O, narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir.

Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub.

Publika.az xəbər verir ki, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.

Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.

"Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər", - deyə o bildirib.

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos" klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos"da məşhurlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm