Ağ Ev-dən jurnalistlərə ŞOK QADAĞA
Bizi izləyin

Dünya

Ağ Ev-dən jurnalistlərə ŞOK QADAĞA

Tramp dünyaca tanınan kütləvi informasiya vasitələrinə şok edən qadağa qoyub.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünyaca tanınan kütləvi informasiya vasitələrinə şok edən qadağa qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aralarında “The New York Times” və “CNN” kimi dünya media nəhənglərinin də olduğu 10-a yaxın KİV nümayəndəsi Ağ Evin yeni sözçüsü Sean Spicerin keçirdiyi mətbuat konfransına buraxılmayıb.

Sean Spicerin keçirdiyi ənənəvi mətbuat konfransına buraxılmayan tanınmış KİV-lər arasında “CNN”, “New York Times”, “Politico”, “BBC”, “Los Angeles Times”, “Buzzfeed” və “The Times” də var.

Məsələ ilə bağlı Ağ Evin Müxbirləri Dərnəyinin sədri Jeff Mason da bəyanat verib. O, jurnalistlərə qarşı bu cür qadağanı şiddətlə qınadığını və bunun söz və mətbuat azadlığına ləkə olduğunu bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm