Tramp yüzlərlə zabitin ölüm əmrini verəcək – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Tramp yüzlərlə zabitin ölüm əmrini verəcək – ŞOK İDDİA

Ted Mallok Trampın Güləni Ankaraya təslim etməyə hazırlaşdığını açıqlayıb.

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdini əvvəlcədən bilən Pentaqonun keçmiş əməkdaşı, təhlükəsizlik üzrə ekspert Mixail Rubin ABŞ prezidenti Donald Trampı Fətullah Güləni Ankaraya təslim etməməyə çağırıb.

Publika.az
xəbər verir ki, Rubin Türkiyənin çevriliş qiyamının arxasında Gülənin dayandığını sübut edə bilmədiklərini iddia edib.

“Tramp Güləni verərək, Türkiyəni sakitləşdirmək istəyir. Lakin bu, həll yolu deyil. Tramp Güləni təhvil verərsə, bununla yeganə günahı NATO-ya xidmət etmək olan yüzlərlə zabitin də ölüm əmrini verəcək. Tramp böyük bir səhvin kandarındadır”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Avropa İttifaqında səfiri olacağı gözlənilən Ted Mallok Trampın Güləni Ankaraya təslim etməyə hazırlaşdığını açıqlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm