Suriyada 15 yaşayış məntəqəsi İŞİD-dən azad edildi
Bizi izləyin

Dünya

Suriyada 15 yaşayış məntəqəsi İŞİD-dən azad edildi

Ordu düşməni təqib edərək onu ciddi itkilərə məruz qoyur.

Suriya ordusu və könüllü dəstələr Hələbin şərqində 15 yaşayış məntəqəsini İŞİD terror qruplaşmasından azad ediblər.

“Report” xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri Komandanlığı nümayəndəsinin bəyanatına istinadən SANA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, həmçinin Cəbəl-Səlim strateji yüksəkliyi ələ keçirilib. Əməliyyat zamanı ümumilikdə 500 kv. km. ərazi terrorçulardan təmizlənib. Ordu düşməni təqib edərək onu ciddi itkilərə məruz qoyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm