Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi
Bizi izləyin

Dünya

Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi

Atəş nəticəsində daha 2 silahlı məhv edilib.

Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

Publika.az xəbər verir ki, pilotsuz təyyarənin hərbi düşərgəni atəşə tutması nəticəsində “Taliban” hərəkatının Gündüz əyalətindəki liderlərindən biri olan Abdul Salam öldürülüb. Atəş nəticəsində daha 2 silahlı məhv edilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanın Nanqarxar, Gilmənd, Loqar və Gündüz əyalətlərində vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm