TRT-nin 800 müxbirini işdən kənarlaşdırdığı iddia olunur
Bizi izləyin

Dünya

TRT-nin 800 müxbirini işdən kənarlaşdırdığı iddia olunur

"TRT işdən kənarlaşdırdığı sabiq əməkdaşlarına təzminat ödəməlidir"

Türkiyənin dövlət telekanalı olan TRT 800 müxbirini işdən kənarlaşdırdığı iddia olunur.


Türkiyənin Aydın Gazetecileri Dayanışma Dərnəyinin (AGD) sədri Mehmet Aydının dediyinə görə, TRT işdən kənarlaşdırdığı sabiq əməkdaşlarına təzminat ödəməlidir.


Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyə mediasında işsiz jurnalistlərin sayının sürətlə artdığı bir zamanda TRT-nin bu qərarını şiddətlə qınadığını vurğulayan M.Aydın söyləyib: "800 həmkarımızı çox ağır şərtlərlə üz-üzə qoyduğuna görə TRT rəhbərliyini anlamırıq. Düşünürük ki, işdən çıxarılan adamlara mütləq şəkildə təzminat ödənməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm