ABŞ-dan qaçmağa hazırlaşan Gülən Kanadada malikanə tikdirir
Bizi izləyin

Dünya

ABŞ-dan qaçmağa hazırlaşan Gülən Kanadada malikanə tikdirir

Türkiyə hökuməti Fətullah Gülənin Kanadaya qaçacağı ilə bağlı ABŞ tərəfini növbəti dəfə xəbərdarlıq edib.

ABŞ hökuməti Türkiyədən “FETÖ” rəhbəri Fətullah Gülənin Kanadaya qaçacağı ilə bağlı iddiaları təsdiq edən müvafiq məlumatları tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi isə ABŞ-ın tələblərinə konkret məlumatlarla cavab verib.

Türkiyənin Ədliyyə Nazirliyi Fətullah Gülənin Kanadada aldığı torpaq sahəsinin dəqiq ünvanını, həmin torpağın kimlər tərəfindən və nə zaman alınması barədə məlumatları ABŞ-a göndərib. Hətta, Fətullah Gülənin Kanadada aldığı torpaq sahəsində özünə yaxşı qorunan malikanə tikdirəcəyi deyilir.

Həmçinin, Türkiyə hökuməti Fətullah Gülənin Kanadaya qaçacağı ilə bağlı ABŞ tərəfini növbəti dəfə xəbərdarlıq edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm